İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın axtarışa verdiyi sabiq deputat Ermənistana QAÇDI

Rusiyada Dövlət Dumasının LDPR-dən olan sabiq deputatı Yuri Napso barəsində 19 yaşlı köməkçisini zorlama ittihamı ilə (RF CM-nin 131-ci maddəsinin 1-ci bəndi) cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

İstintaq məlumatına görə, hadisə 22 mart 2023-cü ildə baş verib.

Bundan sonra Napso əvvəlcə Minska, ardınca isə İrəvana gedib və Rusiyaya qayıtmayıb. Sabiq deputat barəsində axtarış elan olunub.

Qeyd edək ki, Yuri Napso 2007–2025-ci illərdə Dövlət Dumasının deputatı olub. KİV-lər onu Vladimir Jirinovskinin “pul kisəsi” adlandırırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR