İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı müğənnini Türkiyədə qarət etdilər

Rusiyalı müğənni Maşa Rasputina Türkiyədə alış-veriş edərkən qarət olunub.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, ifaçı elit mağazaların birində seçdiyi libasları geyinmək üçün paltardəyişmə otağına keçərkən içərisində sənədlər, kartlar və pul olan çantasını salondakı stolun üstünə qoyub. O, daha sonra pul kisəsinin oğurlandığının fərqinə varıb. 

O, mağaza müdirini çağırsa da, oğrunu tapmaq mümükün olmayıb. Rasputina bank vasitəsi ilə kartlarını bloklayıb və polisə müraciət edib. Həmçinin mağazanın qapısına çantada olan sənədlərin geri qaytarılması tələbi ilə elan asılıb.

Qeyd edək ki, hadisə ifaçının Türkiyədən Rusiyaya qayıtmasına bir gün qalmış baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR