İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı məşhur şoumen xəstəxanaya düşdü -FOTO

Şoumenin ürəyində problemlər var və bu fonda o, daim diskomfort hiss edir

Rusiyalı televiziya aparıcısı, teleprodüser, televiziya rejissoru, aktyor və musiqiçi Valdis Pelş xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, şoumenin ürəyində problemlər var və bu fonda o, daim diskomfort hiss edir.

Qazet.az xəbər verir ki, əvvəllər Pelş stent quraşdırılması üçün əməliyyat olunub.

Pelşin direktoru Təbriz Şahidi isə aparıcının səhhətində heç bir problem olmadığını, illik, planlaşdırılmış müayinə üçün həkimə müraciət etdiyini bildirib.

Qeyd edək ki, latış əsilli ulduz "Nesçastnıy sluçay" rok qrupunun yaradıcılarından biridir. O daha çox "Uqaday melodiyu", "Russkaya ruletka" və "Rozıqrış" televiziya proqramlarının aparıcısı kimi tanınıb.

2019-cu ilin dekabr ayından "Podari Jizn" Fondunun səfiridir.

Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR