Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov ölkədə yeni səfərbərlik dalğasına ehtiyac olmadığını bildirib.
Publika.az TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, "Vaqner" Özəl Hərbi Şirkətinin Ukraynadakı xüsusi hərbi əməliyyat zonasından çıxarılmasından sonra yaxın gələcəkdə də səfərbərliyə ehtiyac olmayacaq.
"Rusiya prezidenti yeni səfərbərliyin olmayacağını açıq və dəqiq ifadə etdi. Bu gün başqa səfərbərlik dalğası təşkil etməyə ehtiyac yoxdur və yaxın gələcəkdə də olmayacaq", - Kartapolov bildirib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ