İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi xidmətə möhlət verilən şəxslər də orduya çağırılır 

Rusiyada hərbi komissarlığın əməkdaşları bir gündə Novosibirsk vilayətində fəaliyyət göstərən "BCS" maliyyə qrupunun 35 əməkdaşına çağırış vərəqəsi göndərib.

Musavat.com xəbər verir ki, bu barədə “Sibir.Realii” saytı məlumat yayıb.

“NGS” şirkəti Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən akkreditasiyadan keçməsinə və İT mütəxəssisləri hərbi xidmətdən kənar olunmasına rəğmən komissarlığın hərəkətlərini anlamadıqlarını bildirib. Üstəlik onlardan sadəcə 6-sı vaxtilə orduda qulluq edib, qalanının ümumiyyətlə, döyüş təcrübəsi yoxdur.
Qeyd edək ki, bundan öncə “Raiffayzenbank”ın İT mütəxəssisi Timur İzmailovun da müharibədə öldüyü məlum olub. Timur hərbi xidmətdən azad olunmaq üçün çağırış məntəqəsinə gedib, lakin onu dərhal avtobusa mindirib Ukraynaya göndəriblər.

Yaxınlarının sözlərinə görə, 33 yaşlı İzmailov bankda informasiya texnologiyaları sahəsində əsas vəzifələrdən birini tuturdu. O, “Mir” sisteminin texniki xidməti ilə məşğul olub. IT mütəxəssisi bu ilin sentyabrın 18-də, səfərbərliyə üç gün qalmış, guya “sənədləri dəqiqləşdirmək” üçün hərbi komissarlığa dəvət olunub. Orada ona sentyabrın 22-də baş tutmalı olan təlim-məşq toplanışı üçün çağırış vərəqəsi verilib. Sentyabrın 23-də İzmailov ordu sıralarına cəlb edilib, oktyabrın 7-də Ukraynada döyüş bölgəsinə göndərilib və oktyabrın 13-də isə cəbhədə ölüb.

Siberia.Realii həmçinin Ukraynada səfərbər edilmiş Buryatiyadan olan üç uşaq atası Andrey Xomiçenkonun öldüyünü xəbər verib. Halbuki Rusiya hakimiyyəti oktyabr ayında yeni "Baş Qərargahın direktivlərini" rəhbər tutaraq, çoxuşaqlı atalara möhlət verəcəyini vəd edirmiş. Bu direktivlər heç yerdə dərc olunmur və səfərbərlik haqqında qanun isə üç uşaq atasının döyüşə çağırılmasına icazə verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR