İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ağır maddələrlə mühakimə olunanların səfərbərliyinə rəsmi İCAZƏ

 

Rusiya Dövlət Duması üçüncü, yekun oxunuşda ağır cinayət törətməkdə təqsirli bilinən və ya götürülməmiş məhkumluğu olan vətəndaşların hərbi xidmətə çağırış yasağını aradan qaldıran qanunu qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Dövlət Dumasının saytında məlumat yayılıb.

Rusiya Cinayət Məcəlləsi beş ildən çox həbs cəzasının verilməsinə gətirib çıxaran cinayətləri “ağır cinayətlər”  olaraq təsnif edir. Yəni soyğunçuluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi də daxil olmaqla, bir sıra cinayət əməli törətmiş şəxslərin müharibəyə göndərilməsi mümkün sayılacaq.

Yeni qanun, əvvəlki kimi, yetkinlik yaşına çatmayana qarşı cinsi toxunulmazlıq əleyhinə cinayətlərə görə, habelə terrorçu və ekstremist fəaliyyətə görə məhkum edilmiş şəxslərin səfərbərlik əsasında hərbi xidmətə çağırılmasını qadağan edir. İnsanları girov götürmək, qanunsuz silahlı birləşmələr təşkil etmək və ya onların tərkibində iştirak etmək, silahlı münaqişələrdə və Rusiyanın maraqlarına zidd olan hərbi əməliyyatlarda iştirak etməkdə təqsirli bilinənlər də müharibəyə göndərilməyəcək.

Lakin bununla bərabər,  səfərbərlik dövründə hərbi xidmət əleyhinə olan ağır cinayətlərə görə - məsələn, fərarilik və əmri yerinə yetirməməyə görə məhkum olunanlar cəzanı çəkdikdən sonra və ya şərti cəzaya məhkum edilmiş şəxslər yenidən hərbi xidmətə çağırıla bilərlər.

Hüquq müdafiəçilərinin sözlərinə görə, səfərbərlik başlayandan bəri hərbi komissarlıqlar hələ qanun qəbul edilməzdən qabaq  ağır cinayətlərə görə məhkum olunmuş şəxsləri hərbi xidmətə çağırmağa başlamışdılar.

Rusiya koloniyalarında məhbusların hərbi xidmətə cəlb olunması “Vaqner” özəl şirkəti tərəfindən həyata keçirilirdi. İndi bu işə artıq rəsmi şəkildə, Müdafiə nazirliyi də qoşulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR