İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 53 yaşlı mühəndisi orduya çağırdılar və...  

Rusiyanın Krasnodar diyarında rabitə qüllələrinə xidmət edən 53 yaşlı mühəndis səfərbər edilib. Halbuki onun qanunla orduya getməmək hüququ olub.

Musavat.com xəbər verir ki, Vvilayətin Beloreçensk şəhərindən olan Sergey Kuzmin sentyabrın 23-də hərbi xidmətə çağırılıb. O, heç vaxt Silahlı qüvvələrdə xidmət etməyib və yaxınlarının dediyinə görə, əvvəllər mədəsində yara olub. Lakin Kuzmin vaxtilə hərbi liseyi bitirib - və bu da hərbi komissarlıq tərəfindən onu səfərbər etmək üçün kifayət edib.

Kuzmin yerli MTS şirkətində şəbəkə istismarı üzrə baş mühəndis vəzifəsində çalışır və işi rabitə qüllələrini nizamlamaqdan ibarətdir. Rusiya qanunlarına əsasən, rabitənin təhlükəsizliyinə və dayanıqlığına cavabdeh olan işçilər belə səfərbərliyə məruz qalmamalıdırlar. Buna baxmayaraq, komissarlıq şirkətin məktubuna və müvafiq araşıyına da məhəl qoymayıb. Hətta onun təcili surətdə hərbi əməliyyatların ən aktiv zonasına göndərildiyi bildirilir. Bir müddət əvvəl Sergey yaxınlarına Krımda olduğunu desə də, indi onunla heç bir əlaqə yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR