İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya yenə mülki binalara zərbə endirdi – 3 ölü, 7 uşaq yaralı

Rusiya ordusunun növbəti hava hücumu nəticəsində Kiyevdə yaşayış binaları dağılıb.

Musavat.com xəbər verir ki, bu dəfə dron zərbəsi 9 mərtəbəli binanın 2-3-cü mərtəbəsinə dəyib.

Hadisə nəticəsində çoxsaylı insan tələfatı olub. Rəsmilərin verdiyi məlumata görə, indiyədək 3 nəfərin həlak olduğu, 29 nəfərin isə yaralandığı təsdiqlənib. Yaralılar arasında 7 azyaşlı da var.

Bundan əlavə, Kiyevin Obolon rayonunda başqa bir ünvanda dronun qalıqları 16 mərtəbəli binanın üzərinə düşüb. Ukrayna Fövqəladə Hallar Xidməti hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR