Onlayn ictimai-siyasi qəzet
Rusiyanın muzdlu ordusu olan Vaqnerin 1 günlük üsyanı dünən axşam razılaşma ilə sona çatarkən, rus ordusu sürətini azaltmadan Ukrayna savaşına qayıdıb.
Musavat.com xəbər verir ki, Rusiya hərbi təyyarələri Xarkovda Ukraynanın arsenalını partladıb.
Həmin anlar da kamera ilə lentə alınıb.
Görüntülərdə sursatların olduğu yerdə şiddətli partlayışın baş verdiyi və havaya tüstünün qalxdığı anlar var.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin arsenalının idarə olunan silahlarla vurulduğu bildirilib.
"Ukrayna silahlı qüvvələrinin mövqeləri, silah və sursatları tamamilə məhv edilib", - deyə məlumatda deyilir.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ