İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib

Rusiya qoşunları Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb.

Bu barədə “Report” Ukrayna Silahlı Qüvvələrinin teleqram-kanalına istinadən xəbər verir.

Məlumata görə, Kiyevdə iki partlayış səsi eşidilib: hava hücumundan müdafiə sistemi işə düşdü və düşmənin iki raketi vurulub.

Xarkovda güclü yanğınlar qeydə alınıb.

Xmelnitskdə hücum zamanı üç partlayış olub. Eyni zamanda, şahidlər Xmelnitsk vilayətinin Starokonstantinov şəhərində aerodromun vurulduğunu bildirirlər. Hazırda aerodromda yanğın başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR