Onlayn ictimai-siyasi qəzet
Rusiya millisinin və Yaroslavlın "Şinnik" klubunun sabiq futbolçusu Artyom Yenin 49 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, Artyom Yenin 1994-2002-ci illər ərzində "Şinnik"in heyətində 131 oyun keçirib və 6 qol vurub.
O, Rusiya millisinin heyətində cəmi 1 dəfə - 1998-ci ildə İspaniya ilə yoldaşlıq matçında meydana çıxıb.
Karyerasını başa vurduqdan sonra isə uzun müddət "Şinnik" klubunun nəzdində fəaliyyət göstərən Yeniyetmə Futbolçuların Hazırlıq Mərkəzində çalışıb.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ