İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalstanyan Köçəryan və Sarkisyanla bağlı DANIŞDI

“Mən bəzilərini ədəb hüdudlarında qalmağa dəvət edirəm”.

Musavat.com xəbər verir ki, bunu təxribatçı keşiş Baqrat Qalstanyan oktyabrın 9-da Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı deyib.

Qalstanyan bir çox tərəfdarının Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxanyana qarşı təhqiramiz ifadələr səsləndirməsinə bu cür reaksiya verib.

Xatırladaq ki, Acapaxanyan bu yaxınlarda Robert Köçəryan və Serj Sərkisyanın siyasi arenadan getməli olduğunu bildirmişdi. Onun bu fikri ilə bağlı yerli jurnalistlər Qalstanyandan fikir almağa çalışıblar.

“Xahiş edirəm, bu məsələ ilə bağlı keçmiş prezidentlərin ofisləriylə əlaqə saxlayın və ya şəxsən onlardan soruşun. Siz sualı başqa adama verirsiniz”, - deyə revanşist keşiş bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR