Onlayn ictimai-siyasi qəzet
Son iki həftədə Rusiya silahlı qüvvələri Ukrayna ərazisində 12 yaşayış məntəqəsini ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədş "Deep State" məlumay yayıb.
Məlumatda qeyd olunur ki, söhbət demək olar ki, tamamilə ələ keçirilən və şəhər şurasında rus bayrağı qaldırılan Kuraхovo, eləcə də Berestki, Blagodatnoye, Novopustınka, Starıye Ternı, İlinka, Novodmitrovka, Zarya, Veselıy Qay, Yelizavetovka, Romanovka, Novotroitskoye və Puşkino kimi yaşayış məntəqələrindən gedir.
Qeyd edək ki Rusiya Ukraynaya qarşı son hərbi əməliyyatlarında, əsasən, Donetsk vilayətinə irəliləyib. . Rusiya silahlı qüvvələri noyabr ayında 725 kvadrat kilometrə qədər yeni əraziləri işğal edib. Bu bölgələrə strateji əhəmiyyətə malik Pokrovsk şəhəri yaxınlığı da daxildir. Hazırda Rusiya silahlı qüvvələri bu şəhərə beş kilometrdən az məsafədə yerləşiblər. Əlavə olaraq, Rusiya ilin əvvəlindən ümumilikdə Ukraynada 3500 kvadrat kilometr ərazidə irəliləmə əldə edib.
Afaq,
Musavat.com
23 Yanvar 2025
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ