İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna ilə İstanbulda keçiriləcək danışıqların uğurla nəticələnməsində maraqlıdır

Rusiya Ukrayna nümayəndələri ilə İstanbulda keçiriləcək danışıqların uğurla nəticələnməsində maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-lərinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın NATO tərəfindən silahlandırılmasını dayandırmağa çalışır. Eyni zamanda, Rusiya ilə Ukraynanın razılıq əldə etməsinə şans var.

S.Lavrov danışıqları davam etdirmək üçün digər məkanların, o cümlədən Belqradın da nəzərdən keçirildiyini vurğulayıb.

Rusiya və Ukrayna nümayəndə heyətləri martın 29-30-da İstanbulda danışıqların növbəti raundunu keçirəcəklər. Bu barədə razılıq martın 27-də Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı zamanı əldə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR