İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Türkiyəyə qaz bazarına investisiya təklif edib

Türkiyə şirkətləri Rusiya ilə müddəti başa çatan qaz müqavilələrinin uzadılmasında maraqlıdır.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, hazırda "Qazprom" ilə iş gedir:

"Türkiyəli tərəfdaşlar müddəti bitməkdə olan müqavilələrin uzadılmasında maraqlıdırlar. Onlar bu sahədə "Qazprom"la qarşılıqlı əlaqədə olurlar, müvafiq kommersiya şərtləri əsasında iş aparılır".

Novak qeyd edib ki, Türkiyənin Rusiyadan mayeləşdirilmiş təbii qazı (LNG) almaq imkanı var və hər şey kommersiya şərtlərindən asılıdır:

"Türkiyə dünyanın hər yerindən LNG alır, ona görə ki, onların terminalları var. Bizim spot tədarükü və ya dünya bazarlarında ola biləcək həcmləri Türkiyə müəssisələri də ala bilər. Bu, konkret layihələrin kommersiya şərtlərindən asılıdır. Hardasa spot, hardasa - uzunmüddətli müqavilələr ola bilər".

TASS-ın yaydığı məlumata görə, ticarət-iqtisadi əməkdaşlıq üzrə qarışıq Rusiya-Türkiyə hökumətlərarası komissiyasının 19-cu iclasının protokolunda qeyd olunub ki, Rusiya Türkiyə qaz bazarının inkişafı üçün birgə investisiyalar yatırmağa hazır olduğunu və sabit LNG tədarükündə maraqlı olduğunu bəyan edib.

Qeyd edək ki, Avropa İttifaqı 2027-ci ilədək Rusiyadan bütün növ qazın alışını dayandırmaq niyyətindədir. Bu isə Rusiyanı böyük həcmdə maye qaza yeni bazar tapmağa məcbur edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR