İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfirliyinin qarşısında etiraz aksiyasına imkan verilmədi

Bu gün saat 15 radələrində Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çalışıblar.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, aksiya iştirakçılarının məqsədi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə, mülki insanların kütləvi qətlinə səbəb olan hərəkətlərinə etiraz etmək olub.

Ancaq aksiya keçirilən məkana cəlb olunmuş polis qüvvələri piket iştirakçılarının aksiyanı başa çatdırmasına imkan verməyiblər, onları avtobus dayanacağına yönəldərək səfirlik binasının qarşısından uzaqlaşdırıblar.

Qeyd edək ki, ADR partiyasının sədri tanınmış iqtisadçı Qubad İbadoğludur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR