Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Baş Prokurorluğu ABŞ rezidentinin maraqları naminə fəaliyyət göstərdiyi üçün ölkənin ən iri balıqçılıq şirkətlərindən birinə – “Vostok-1” kolxozuna qarşı iddia qaldırıb.
Məlumata görə, söhbət SSRİ-nin keçmiş balıqçılıq naziri tərəfindən yaradılan şirkətdən gedir. Prokurorluq hesab edir ki, “Vostok-1” dövlət üçün strateji əhəmiyyət daşıyır və ona xarici investorlarla birlikdə krab ovlamağa icazə verilməməlidir.
Baş Prokurorluğun iddiasına əsasən, şirkət dövlətə 37 milyard rubl ödəməlidir. Lakin müəssisənin bu məbləği ödəmək imkanı yoxdur. Bu səbəbdən də prokurorluq rəhbərlərin əlində olan səhmlərin müsadirəsinə çalışır.
Qeyd edək ki, “Vostok-1” Rusiyada qar dəniz krablarının (krab-strigun) ovlanması üzrə lider şirkət sayılır.
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ