İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu “Azovstal”a hücum edib - iki mülki şəxs ölüb

Rusiya qoşunları Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavoduna hücum edib.

“Azov” alayının komandirinin müavini Svyatoslav Palamar (Kalina) bildirib ki, Rusiya qoşunları hazırda zavodun ərazisinə soxulmağa çalışır.

“Bütün gecə bizi havadan bombaladılar, iki mülki qadın öldürüldü, indi də “Azovstal”a hücum edilir”.

Jurnalist Andrey Tsapliyenko da “Telegram” kanalında hücumun başladığını təsdiqləyib:

“Hazırda zavodun ərazisinə soxulmağa çalışırlar. Məlumatı “Azov” alayının komandir müavini də təsdiqləyir. Hələlik əlavə təfərrüat yoxdur”.

Qeyd edək ki, mayın 1-də Mariupoldakı “Azovstal” müəssisəsinin sığınacağında olan mülki əhalinin təxliyəsinə başlanılıb.

Mariupol meri Vadim Boyçenkonun sözlərinə görə, “Azovstal” ərazisində yerləşən sığınacaqlardan 100-dən çox insan çıxarılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR