İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu Avdeyevkaya raket zərbəsi endirib, ölənlər var

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi hissəsinə raket zərbəsi endirib, ölənlər var.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Avdeyevka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş telemarafonun efirində bildirib.

İki çoxmərtəbəli bina dağılıb, nəticədə evlərdən birinin 2-ci mərtəbəsində yaşayan ailə dağıntılar altında qalıb. Ailə başçısı və həyat yoldaşı həlak olub.

Bununla yanaşı, aprelin 30-da raket hücumuna məruz qalan və dağıntılar altında qalan kommunal təsərrüfat işçisinin meyiti tapılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR