İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya NATO-dan BELƏ QİSAS ALIR - Putin şəxsən nəzarət edir

NATO-nun oktyabrın 14-də başlayan və oktyabrın 30-da başa çatacaq nüvə silahından istifadənin qarşısının alınması məqsədilə keçirilən “Steadfast Noon” təliminə cavab olaraq Rusiya da oxşar təlimə başlayıb.

Musavat.com xəbər verir ki, Rusiya lideri Vladimir Putinin videokonfrans vasitəsilə nəzarət etdiyi təlimdə “düşmənin nüvə hücumuna cavab olaraq daha böyük nüvə hücumu” ssenarisi həyata keçirilir.

Təlimdə YARS qitələrarası ballistik raketləri, nüvə sualtı qayıqları və “Tupolev” strateji bombardmançı təyyarələri iştirak edir.

"Strateji çəkindirici qüvvələrin təlimi zamanı nəzərdə tutulan tapşırıqlar tam yerinə yetirilib", - Kremlin bəyanatında deyilir.

8e15e93c-a622-38ef-a7e8-38bdfaf4bb19_850.jpg (68 KB)

Rəsmi Moskva iddia edir ki, Rusiya nüvə silahından çəkindirmək üçün hər il belə təlimlər təşkil edir və NATO təliminin Rusiyanın Ukraynanı radioloji çirkli bombadan istifadə etməyə hazırlaşmaqda ittiham etdiyi bir vaxtda keçirilməsi gərginliyi artırır.

NATO-nun baş katibi Yens Stoltenberq isə iddialara belə cavab verib: “Bu, gülüncdür. Müttəfiqlər açıq-aşkar yalan olan bu ittihamı rədd edirlər. Rusiya müharibəni qızışdırmaq üçün saxta bəhanələrə əl atmamalıdır".

Qeyd edək ki, NATO-nun “Steadfast Noon” təlimində 60-a yaxın təyyarə, o cümlədən Amerikanın B-52 bombardmançı təyyarələri iştirak edir. Təlimin missiya ərazisi Belçika, İngiltərə və Şimal dənizidir.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR