İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə bağlı Haaqa Məhkəməsinə müraciət edənlərin sayı artır

Rusiyanın Ukraynada törətdiyi əməllərin hərbi cinayət kimi araşdırılması üçün Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edən ölkələrin sayı 42-yə çatıb.

Novator.az-ın məlumatına görə, bunu martın 28-də Ukraynanın ədliyyə naziri Denis Malyuskin açıqlayıb.

Nazir bildirib ki, Rusiya ordusunun Ukraynada törətdiyi əməllər hərbi cinayət kimi tanınsa, onda təqsirləndirilən adamlar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil olan istənilən ölkədə həbs edilə bilər. Çünki o halda bəşəriyyət əleyhinə cinayətlərin, soyqırımı aktlarının bütün iştirakçıları avtomatik qaydada istintaq altına düşmüş olur və təqsirləndirilən şəxslər Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasındakı istənilən ölkədə aşkarlananda tutulub Haaqaya təhvil verilməlidir.

Denis Malyuskin ümidvar olduğunu bildirib ki, təqsirləndirilən şəxslərə diplomatik pasport kömək etməyəcək, yəni Rusiyanın siyasi və hərbi elita nümayəndələri də məsuliyyətə cəlb olunacaq.

Nazir hərbi caniləri uzunmüddətli həbslərin gözlədiyini vurğulayıb.

Rusiya ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edən ölkələrin əksəri Avropa İttifaqının üzvüdür. Digər ölkələr sırasında Gürcüstan, Avstraliya, Kanada, Yeni Zelandiya da var.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə, o cümlədən yaşayış evlərinə, xəstəxanalara, qadınların, uşaqların sığındığı binalara zərbələr endirilir, təxliyə olunmaq istəyən dinc sakinlər atəşə tutulur, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR