İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dövlət Dumasında görünməmiş rekord qeydə alındı

Rusiyanın qanunvericilik orqanı Dövlət Dumasında görünməməmiş rekord qeydə alınıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Dövlət Duması son günlərdə hər üç dəqiqədən bir (!) qanun qəbul edib.

Sessiyanın son günündə Duma yeni qanunların qəbulunda əsl sürət möcüzəsi göstərib.

Belə ki, yay tətilinə çıxmazdan öncə, son iki gündə Duma 109 qanun qəbul edib. Çərşənbə axşamı dörd saat ərzində 89 qanun və çərşənbə günü yekun iclasda isə daha 20 qanun təsdiq olunub.

Rusiya mətbuatının məlumatına görə, deputatların bu cür “məhsuldarlığına” əsas səbəb onların mümkün qədər tez bir müddətdə tətilə çıxmaq arzusu ilə bağlıdır.

Duma rəhbərliyindən gələn göstərişə əsasən parlament üzvlərinə mətbuata “tətil” sözü əvəzinə “məzuniyyətə çıxırıq” demək tapşırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR