İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ağır artilleriyadan Nikopolu atəşə tutub, ölən və yaralananlar var

Rusiya qoşunları mayın 7-də gecə saatlarında Nikopola ağır artilleriya zərbələri endirib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər ölüb, yaralananlar var.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergiy Lısak bildirib ki, ölən 72 yaşlı qadındır.

O, həmçinin qeyd edib ki, şəhərdə 7 fərdi yaşayış evi və hündürmərtəbəli bina zədələnib, kollecin yataqxanasının şüşələri sındırılıb.

"Üç qaz kəməri, elektrik xətti və 14 günəş batareyası da zərər çəkib. Həmçinin yardımçı tikililər və beş avtomobil yararsız vəziyyətə düşüb", - Lısak bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR