İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qoşunları Kiyevin 20 kilometrliyindədir, yeni hücum dalğası - CANLI

“Ukraynaya raket zərbələrinin əksəriyyəti Rusiya və ya Belarusun hava məkanından endirilir”, - Pentaqonun adının çəkilməsini istəməyən yüksək vəzifəli nümayəndəsi bildirib.

Yerüstü əməliyyata gəlincə, mühüm dəyişiklik müşahidə edilmir. Belə ki, Kiyev ətrafında Rusiya qoşunları şəhərə hücum etmək üçün heç bir səy göstərmir. Onlar şəhəri uzaq mənzilli artilleriyadan atəşə tutmağa davam edirlər. Rusiya qoşunları Kiyevdən 20-50 kilometr aralıda dayanır.

Çerniqov və Xarkovda da real dəyişikliklər yoxdur. Rusların Çerniqov boyunca hərəkəti şəhərdən 8-10 kilometr aralıda dayanıb. Ukrayna qoşunları əks-hücuma keçirlər.

Mariupolda vəziyyət ağır olaraq qalır, şəhər demək olar ki, mühasirəyə alınıb. Mariupol daxilində ukraynalıların çox çətin şəraitdə savaşması barədə məlumatlar var, - məmur deyib.

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib ki, məqsədimizə çatanadak Ukraynadakı xüsusi hərbi əməliyyatlar davam edəcək.
TVMusavat-ın saat 15:40-da canlı efirində aparıcı Emil Salamoğlu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə Ukrayna gündəmini və Rusiyanın bəzi Azərbaycan KİV-lərini bloklamasını müzakirə edirlər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR