İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rus NATO”-su fövqəladə iclas çağırdı-Ermənistana görə  

Oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım tədbirlərinin müzakirə olunacağı növbədənkənar sessiyası keçiriləcək.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. “Sessiya zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT-nin 2022-ci il sentyabrın 15-də KTMT-nin qərarı ilə Ermənistana göndərilmiş missiyasının işinin nəticələrinin müzakirəsi planlaşdırılır. Həmçinin Ermənistan Respublikasına yardım göstərmək üçün birgə tədbirlərə baxılacağı gözlənilir” - təşkilatın Teleqram kanalında bildirilib.

Məlumata görə, fövqəladə toplantıda Rusiya prezidenti də iştirak edəcək.

Avropa Birliyi müşahidəçilərinin Zəngəzur-Göyçə istiqamətində monitorinqlərə başlamasından dərhal sonra “Rus NATO”-sunun hərəkətə keçməsi təsadüfi deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR