Onlayn ictimai-siyasi qəzet
Rusiya rublunun dəyərsizləşməsi prosesi sürətlənib. Bu gün Moskva valyuta birjası açılandan rubl dollar, avro və yuan qarşısında dəyər itirməkdədir.
Musavat.com xəbər verir ki, ilk hərraclarda 1 dollar 42 qəpik bahalaşaraq 91.42 rubla, 1 avro 99 rubla, 1 yuan isə 12,6 rubla bərabər olub.
Rusiya ekspertlərinə görə, rublun dəyərsizləşməsinin əsas səbəbləri sırasında “Vaqner”in iyun qiyamı, Qərb sanksiyalarının Rusiya iqtisadiyyatına mənfi təsirlərinin güclənməsi, Maliyyə Nazirliyinin valyuta satışını azaltmaq qərarı, həmçinin pozitiv perspektiv görünməməsidir.
Rusiya Maliyyə Nazirliyi bəyan edib ki, iyulun 7-dən etibarən daxili bazarda valyuta satışını 2,1 dəfə azaldacaq. Ay ərzində cəmi 34,9 milyard rublluq valyuta satışı aparılacaq. Buna səbəb ölkənin neft-qaz gəlirlərinin kəskin azalmasıdır. Belə ki, iyul ayında Rusiya büdcəsi proqnozlaşdırılansan 4,55 milyard rubl az neft-qaz gəliri əldə edəcək. Bu ilin 6 ayında büdcəyə çatmayan neft-qaz gəlirlərinin həcmi isə 30.35 milyard rubl təşkil edib.
Artıq iki aydır Rusiya Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün Milli Rifah Fondunun qızıl və yuan ehtiyatlarını satışa çıxarır. İyun ayı ərzində Fonddan dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün 3,452 milyard yuan və 5,127 ton qızıl satılıb. Bundan əldə olunan 66 milyard 978,9 milyon rubl büdcəyə köçürülüb. May ayında isə bu məqsədlə Fonda məxsus yuan və qızıl satışından 48 milyard 967,8 milyon rubl əldə edilmişdi.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ