İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo seçimini etdi: Futbol tarixinin ən yaxşı klubu hansıdır?

“Əl-Nəsr”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol tarixində ən yaxşısı hesab etdiyi klubun adını açıqlayıb.

Publika.az xəbər verir ki, 39 yaşlı superulduz seçimini uzun müddət çıxış etdiyi "Real"dan yana edib.

"Real" tarixin ən yaxşı klubudur və mən orada oynadığım üçün çox xoşbəxt idim. Klubun bütün zamanların ən yaxşı bombardiri oldum, dörd Çempionlar Liqasını qazandıq. Bunlar çox gözəl idi”, - deyə Ronaldo bildirib.

Qeyd edək ki, Kriş 2009-2018-ci illərdə "Los Blankos"da çıxış edib. O, 438 oyuna çıxıb, 450 qol vurub və 131 məhsuldar ötürmə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR