Onlayn ictimai-siyasi qəzet
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo maraqlı açıqlama verib.
39 yaşlı superulduz övladlarının xarakterindən danışıb:
“Bir neçə gün əvvəl Qırmızı dənizdə idim. Hər gün Kriştiano Junior ilə orada padel oynayırdım. Oyuna görə bir-birimizə əsəbiləşirik, bəzən iki gün danışmırıq. Buna görə də xoşbəxtəm. Hətta balaca Matteo da rəqabəti sevir və mənim xoşuma gəlir. Bu, onların şəxsiyyətə malik olduğunu göstərir.
Uşaqlarım da mənim kimidir. Onlara heç nə öyrətmirəm, amma məni özlərinə nümunə görürlər. Çünki uduzanda gah əsəbləşirəm, gah da ağlayıram. Onlar da eynidir. Uşaqlarımla yarışsam da, həmişə qalib olmaq istəyirəm. Mən heç nəyi boş yerə vermirəm”. (Publika.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ