İnsanlara hürriyət, millətlərə istiqlal!

“Venesiya”dakı zəhərlənmənin səbəbi bilindi - Buna görə olub

Xəbər verdiyimiz kimi, Bakıda toyda kütləvi zəhərlənmə baş verib.

Məclisdə 51 nəfər zəhərlənib.

Zəhərlənmə qonaqlar zalda olarkən baş verib və dərhal təcili yardım briqadaları çağrılıb.

Vəziyyəti ağır olanlar dərhal xəstəxanaya çatıdırılıb.

Musavat.com xəbər verir ki, toyda olan qonaqlardan biri Milli.Az-a açıqlamasında bildirib ki, zəhərlənənlər paytaxt salatından yeyən şəxslər olub.

"Dünən restorana 6-7 təcili yardım gəlmişdi. Toyda 500-dən çox qonaq olub, 200-ə yaxın adamın halı pisləşib. Musiqiçilərdən də zəhərlənən var idi".

Qeyd edək ki, zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR