İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramovdan Mövlud Çavuşoğluna Antalya ziyarəti – Azərbaycan qardaşlıq borcunu yerinə yetirdi - VİDEO

Musavat.com xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Səfərin məqsədi, qardaş ölkənin sabiq Xarici İşlər naziri Mövlud Çavuşoğluna atasının vəfatı ilə bağlı başsağlığı vermək olub.

Xatırladaq ki, Mövlud Çavuşoğlunun atası, Türkler bələdiyyəsinin sabiq sədri Osman Çavuşoğlu 93 yaşında Antalya vilayətində dünyasını dəyişib. O, üç gün əvvəl son mənzilə yola salınıb. Ceyhun Bayramov məhz bu ağır günlərdə dost və qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirib.

Azərbaycan və Türkiyə arasında “bir millət, iki dövlət” prinsipi əsasında qurulan dostluq və strateji tərəfdaşlıq münasibətləri çətin və çarəsiz məqamlarda da özünü göstərir. Mövlud Çavuşoğlu, xüsusilə 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycana açıq və qətiyyətli dəstəyi ilə yadda qalıb. Onun “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı bu gün də hər kəsin hafizəsindədir.

Musavat.com Ceyhun Bayramovun Antalyada Mövlud Çavuşoğluna başsağlığı verməsi anından olan görüntüləri təqdim edir.

Allah rəhmət eləsin.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR