Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ARB24-ün “Peşəkar mübahisə” verilişində iştirak edən tanınmış jurnalistlər – “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Əməkdar jurnalist, politoloq Şakir Habiloğlu arasında sülh prosesi ilə bağlı maraqlı fikir mübadiləsi olub.
Veriliş zamanı Rauf Arifoğlu diqqətçəkən bir məqamı gündəmə gətirib. Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan və erməni tərəfi sülh müqaviləsinin məhz Ermənistan-Azərbaycan sərhədində – Qazaxın qonşuluğunda yerləşən Kirants - Günən kəndində imzalanmasını istəyir.
Paşinyanın dünən bu kənddə şəbih çıxartması, sarı şalvar, qırmızı kepka geyib, orada bir növ təftiş aparması, həmin kəndi yeni erməni ideologiyasına nümunə kimi təqdim etməsi və delimitasiya olunması səbəbindən təhlükəsiz və rahat yaşayış ərazisi kimi ictimaiyyətə göstərməsi bu niyyətin göstəricisidir.
Rauf Arifoğlunun sözlərinə görə, bu, əslində Azərbaycanın təklif etdiyi modeldir: bütün növ danışıqlar, anlaşmalar vasitəçisiz, birbaşa aparılsın, görüşlər bölgədə keçirilsin.
Onun fikrincə, nə Moskva, nə Soçi, nə də başqa bir paytaxt hır hansı anlaşma üçün meydan olmamalıdır.
Arifoğlu hesab edir ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul edərsə, bu il ərzində sülh müqaviləsi imzalana bilər və Kirants - Günən kəndi bu aktın rəmzinə çevrilə bilər.
Musavat.com həmin məqama aid videogörüntünü təqdim edir.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ