İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşistlərin 2 sentyabr "sancıları" – Paşinyanın onlara züy tutmasının ŞOK səbəbi

Səhər açılandan Ermənistanda yenə ağlaşmadır. Bu dəfə mifik “artsax”ın 2 sentyabr qondarma “müstəqillik günü” ilə bağlı radikal-revanlşistlər səs-səsə verib, özlərinə əl qatıblar. Özünü utanmazcasına hələ də “dqr prezidenti” sayan Samvel Şahramanyandan tutmuş, Xocalı hərbi canisi Serj Sərkisyan və II Qaregin daxil, Allahı çoxdan unutmuş erməni keşişlərinədək.

“Miatsum” çoxdan gorbagor olsa da, bu zavallılar heç cür “göydən yerə” enmək istəmirlər. Yenə möcüzəyə ümid bəsləyirlər. Yoxsa günü bu gün də Qarabağa qayıdıb “beynəlxalq nəzarət” altında yaşamağı, axmaqcasına hətta “öz müqəddəratını təyin edəcəklərini” xəyal etməzdilər. “Qarabağ məsələsi qapanmayıb” deyib sayıqlamazdılar...

Eyni absurdu təkrarlayan Şahramanyan görün daha nə çərənləyir. Bu yaramaz iddia edib ki, guya ötən ilin sentyabrında “dqr”in buraxılması ilə bağlı imzaladığı “qərar”ın “hüquqi qüvvəsi” yox imiş. Guya “dqr”in özü beynəlxalq hüquqa görə qanuni, legitim imiş ki, onun ləğvi də qanunsuz olsun?

Qanunsuz bir qurumun ləğvi üçün kiminsə sərəncamına və ya qərarına ehtiyac yox ki. Bu işi ölkənin ordusu görür. Onu da Azərbaycan əsgəri 44+1 günlük müharibədə reallaşdırdı – işğalçının layiqli cəzasını verdi, Qarabağda 100 ilik erməni separatizminin kökünü kəsdi. Həmişəlik...

Sonra. Diqqət edin, separatçı-təxribatçı tör-töküntülər Qarabağa qayıdışın əsas şərtini dillərinə belə gətirmirlər. Yəni öncə siz Azərbaycanın Konstitusiyasını və bayrağını qəbul etməlisiniz, sonra içinizdən xalqımıza qarşı cinayət işlətməyənlərin vətəndaşlığı məsələsinə baxıla bilər. Qanuni, legitim geri dönüşün tək şərti bu!

Axı kim sizə izn verəcək ki, getdiyiniz kimi də əllərinizi yanınıza sallayıb qayıdasınız, üstəlik də beynəlxalq zəmanət altında?! Başı daşdan-daşa dəyən Azərbaycan dövlətini nə hesab edirsiniz? Laçın yolu bir də heç vaxt “karvansara qapısı” olmayacaq, cənab haylar! Bunu qulağınızda sırğa edin, olmayan ağlınızı da başınıza yığın.

Həyasızlığa bax, doğrudanmı bu cinayətkar kütlə heç nə olmayıbmış kimi Qarabağa qayıdıb cinayətlərinə davam edəcəklərini, Azərbaycan vətəndaşlığı almadan yenə Azərbaycanda daimi, cəzasız yaşayacaqlarını, ikinci “erməni dövləti” quracaqlarını zənn edirlər?..

Bununla belə, bu gün bir daha bəlli oldu ki, kapitulyant ölkədə Azərbaycana qarşı ərazi iddiası, məkrli planlar heç yerə yox olub-eləməyib. Bunu həmişə ciddiyə alıb barıtımızı quru saxlamalıyıq.

İkinci yandan, Paşinyan hökuməti 2 sentyabrla bağlı küyə getməsə də, onun revanşist-təxribatçılara hələ də dözümlü yanaşması, o sırada onların Azərbaycan əleyhinə köhnə-yeni hədyanlarına, müharibə çağırışlarına susqun münasibəti və meydan verməsi, həmçinin İrəvandakı uydurma “dqr nümayəndliyi”ni indiyədək qapatmaması və Ermənistan konstitusiyasından Azərbaycana qarşı torpaq iddiası ilı bağlı istinadı çıxarmamağa tələsməməsi sözsüz ki, revanşistlərə qol-qanad verir, onları ruhlandırır.

Deyirik, bəlkə Nikolun özü də elə sonunculardan biri, gizli revanşistlərdəndir? Hər halda biz onun “Qarabağ Ermənistandır və nöqtə” sözlərini unutmamışıq. “İlanın ağına da lənət, qarasına da”. Bunu da bizim müdrik atalarımız deyib...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR