İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçılar arasında Trampın populyarlığı azalır - amma yeni birincidir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə Ağ Ev administrasiyasının rəhbəri postu uğrunda mübarizədə respublikaçılar arasında namizəd kimi reytinqi aşağı düşüb.

Musavat.com xəbər verir ki, bu məlumat Morning Consult (“Moning Consult”) biznes kəşfiyyatı şirkəti tərəfindən aparılan sorğu nəticəsində əldə edilib.

Çərşənbə axşamı internet saytında dərc olunan məlumata görə, respondentlərin yalnız 53%-i Trampı dəstəkləyib, ayın əvvəlində isə onun reytinqi 57% idi.

Hazırda Trampın ən güclü rəqibi Florida qubernatoru Ron DeSantisdır. Onu respondentlərin 24%-ni dəstəkləməyə hazırdır. Respublikaçılar Partiyasının digər mümkün namizədləri daha az populyardır. ABŞ respublikaçılarının 7%-i keçmiş vitse-prezident Mayk Pensin, 4%-i isə ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heylinin namizədliyinə səs verməyə hazırdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR