İnsanlara hürriyət, millətlərə istiqlal!

RƏSMİ: Gürcüstana neçə min rusiyalı GƏLİB?

Gürcüstan Daxili İşlər Nazirliyi bu ilin yanvar-sentyabr aylarında 112 733 Rusiya vətəndaşının ölkəyə gəldiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Ukraynadan gələnlərin sayından təxminən dörd dəfə çoxdur: Daxili İşlər Nazirliyinin məlumatına görə, ukraynalıların sayı 25 779 nəfərdir.

“Exo Kavkaza” saytının informasiyasına əsasən, Daxili İşlər Nazirliyi bu rəqəmləri hakim “Gürcü Arzusu” partiyasının üzvü Levan Karumidzenin parlament sorğusuna cavab olaraq verib. Bu gün Gürcüstana daxil olan rusların real sayı oktyabrda Rusiyada səfərbərlik elan edildikdən sonra gələnlərin hesabından daha çox ola bilər.

Xatırladaq ki, bundan öncə keçmiş prezident Mixail Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyasındakı tərəfdaşları ölkəyə Rusiya vətəndaşlarının axınından narahat olduqlarını ifadə etmişdi. Hakim “Gürcü arzusu” partiyası isə bu məsələ ilə əlaqədar ciddi təhlükə görmür.

Gürcüstanın əhalisi 2022-ci il yanvarın 1-nə 3 milyon 688 min nəfər olub. Bu isə o deməkdir ki, ölkədə qalan rusların sayı ümumi əhalinin təxminən üç faizini təşkil edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR