İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisinin ölümünə görə İranda KÜTLƏVİ HƏBSLƏR başladı – siyahıda KİMLƏR VAR? – Tofiq Zülfüqarovla CANLI 

Mayın 19-da İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı paylaşımlar edən 35 sosial media fəalı həbs edilib.

Bunu Kiberməkana Nəzarət Polisinin rəisi Vəhid Məcid deyib.

“Bununla yanaşı, İbrahim Rəisi ilə bağlı təhqiramiz material dərc etdiyinə görə 80 sosial media kanalı bağlanıb, onların adminlərinə qarşı cinayət işi açılıb”, - polis rəisi bildirib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Bu gün Tehranda həlak olan şəxslərin vida mərasimi keçirilir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.37-də eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR