İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real Madrid"in əfsanəsi dünyasını dəyişdi

"Real Madrid"in sabiq futbolçusu və fəxri prezidenti Amansio Amaro Varela 83 yaşında vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı ilk olaraq "Koninklijke" yayıb.

Qısaca Amansio kimi tanınan veteran 1962-1976-cı illər aralığında - 14 il "Real Madrid"in formasını geyinib. Sabiq hücumçu 471 matçda 155 dəfə fərqlənib. O, 1969 və 1970-ci illərdə çempionatın bombardiri olub. Bundan başqa, Amansio "Kral klubu" ilə 9 dəfə İspaniya çempionluğuna yiyələnib. 1966-cı ildə isə qitənin ən nüfuzlu klub turnirinin qalibi olub.

Amansio İspaniya millisində 42 dəfə çıxış edərək 1964-cü ildə Avropa çempionu olub və yığmanın heyətində 11 dəfə fərqlənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR