İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Balayev: "Niyə o dəqiqə tənqid edirsiz, söyüş söyürsüz?!"

Xalq artisti Rasim Balayev yutubda yayımlanan "Astar" proqramında qonaq olub.

Rasim Balayev Azərbaycan kinosunun çətin dövr yaşadığını deyib: “Azərbaycan kinosu öz çətin günlərini yaşayır. Yaxşı ssenari yazanlar yoxdur. Bir neçə nəfər qalıb, onlar da yaşlanıblar. Müəyyən səbəblərə görə gənc nəsil yetişmir”.

Xalq artisti televiziyada dublyaj edilən filmlərin keyfiyyətinin aşağı olduğunu bildirib: “Televiziyalarda görüntü ilə sözlər uyğun gəlmir. Məni də bir dəfə dəvət etmişdilər. Məlum oldu ki, tərcümə edən adam yalnız montaj dəqiqələrindən istifadə edib, filmin özünə isə baxmayıb. Gərək filmə baxasan ki, tərcümə edəsən. Bu qədər üzdən yanaşırlar”.

Rasim Balayev serialların keyfiyyətini də pisləyib: “Xeyli vaxtdır ki, filmlərə çəkilmirəm. Sonuncu dəfə “Sübhün səfiri” filmində çəkilmişəm. Kino üçün darıxıram, həyatım kamera qarşısında keçib. Bəzən seriallara da dəvət edirlər. Bir dəfə seriala çəkildim, özümə baxdım, hirsləndim, obrazım xoşuma gəlmədi. Ondan sonra seriala çəkilmədim. Uzun seriallar çəkilər. Ekran əsərində müəyyən bir fikir, ibrət olmalıdır və tamaşaçı nəsə götürməlidir. Əgər bu yoxdursa və boş danışıqdırsa, niyə çəkilməlidir?”

Aktyor bir müddət əvvəl yutubda yayımlanan “Düz danışaq” layihəsində təqdim edilən açıqlamasına münasbət bildiərkən deyib: “Amerikadan mənə zəng gəldi. Danışan şəxs dedi ki, Vaşinqtondayam və sizdən müsahibə almaq istəyirəm. Razılıq verdim. Birinci dəfədir ki, özünə bu sözü (cinsi azlıq – red.) deyən adam görürəm. Həmişə insanlar belə şəxslərin arxasınca deyirlər. Bu isə özü dedi ki, "mən cinsi azlığın nümayəndəsiyəm".

Onun bu sözünə məəttəl qaldım. Alnında yazılmayıb ki, bu “ondandır”. Mən də qaldım belə... Əvvəlcədən bilsəydim, müsahibə verməzdim. Saqqalı, bığı... Dedim bu adama oxşayır da... Sən demə, bu, normal adam deyilmiş... Özü dedi, başqası desəydi...".

Aktyor onu tənqid edən tamaşaçılarına da səslənib: "Tamaşaçı da necədir? Tutalım ki, mən filan hərəkəti etmişəm. Əgər məni yaxşı tanıyırsınızsa, mənə də haqq qazandırın. Niyə o dəqiqə tənqid edirsiz, söyüş söyürsüz. Axı, məni neç illərdir ki, tanıyırsınız”.

Qeyd edək ki, bir müddət əvvəl “Düz danışaq” layihəsinin aparıcısı İsmayıl Cəlilov Rasim Balayevlə müsahibə zamanı cinsi azlığın nümayəndəsi olduğunu deyərək, aktyordan bu şəxslərə qarşı münasibətini öyrənib. İsmayıl Cəlilovun müsahibədə Rasim Balayevə “mən də cinsi azlığam, amma özümü müsəlman sayıram, siz də məni müsəlman sayırsınızmı?” sualına Rasim Balayev “əgər siz geysinizsə, yox”,- deyə cavab verib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR