İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərəzli bəyanatların öldürdüyü “Praqa ruhu”- Səfir Makronun səhvini düzəldir?

 

Fransanın Azərbaycandakı səfiri Zaxari Qros sosial şəbəkədə yazdığı statusu ilə guya hansısa həqiqətləri çatdırmağa çalışır.

“Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir... Yaşasın Praqa ruhu!”,-deyə səfir bildirir.

Səfir “Praqa ruhu”nun yaşaması, Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim edir. Halbuki Fransa XİN başçısı, prezidenti səviyyəsində verdiyi qərəzli və birtərəfli bəyanatlarla “Praqa ruhu”nu öldürür. Əsasən də Makronun son çıxışlarında Praqa yox, “Ermənistan ruhu” hiss olunur.

Xatırladaq ki, ötən günlərdə Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalına müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyindən çıxış edib.



Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “ürəyidir”.

Fransa prezidenti bir az da irəli gedərək, Azərbaycanın Qarabağı “dəhşətli müharibə” apararaq “işğal" etdiyini söyləyib. O, Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan edib.

Bundan əlavə, Makron Azərbaycanın Avropaya qaz satmasının heç bir güzəştə əsas vermədiyini də vurğulayıb:

“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınır”.

Makronun təxribatçı fikirlərindən sonra Fransa səfirinin sülh paylaşımı münasibətdəki soyuqluğun aradan qaldırılması istiqamətində atılmış addım kimi qiymətləndirilir.
Ermənistanın bu qədər haqsız davranışlarını görməyən bir dövlət heç zaman ədalətdən danışa bilməz. Fransanın tərəf tutması təkcə indinin işi deyil, 30 illik işğal dövründə də bu dövlət hər zaman “xristian bacısı”nın yanında olub. Həm beynəlxalq hüquq baxımından, həm də digər bütün yönlərdən baxanda haqlı olan Azərbaycanı haqsız çıxarmağa çalışıblar. Vasitəçi tərəfsiz olmalıdır. Ancaq xüsusilə də Makron bunu bacara bilmir.
Bütün bunların fonunda demək olar ki, əgər Fransa həqiqətən regionda sülh istəyirsə, bu prosesə qarışmağa cəhd etməsin.

Fransanın münasibətlərə təsirinə gəlincə isə bununla bağlı Azərbaycan Prezidenti konkret fikir bildirib və bu fikrin üstünə nə isə söyləmək də artıq və yersizdir.

SİTAT:

"Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi".

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR