Onlayn ictimai-siyasi qəzet
Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.
Musavat.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyevin idarə etdiyi "VAZ-2106" və 1962-ci il təvəllüdlü Adil Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.
Nəticədə "Opel"də olan sərnişinlər 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin Məmmədova xəsarət alıblar.
Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ