İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstan hava məkanını Putinin təyyarəsi üçün açacaq

Bolqarıstan Rusiya prezidenti Vadimir Putinin təyyarəsinin Budapeştə getməsi üçün öz hava məkanından keçməsinə icazə verə bilər.

Musavat.com xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Georgi Georgiyev deyib: “Sülhə nail olmaq üçün səylər göstərilərkən, əgər görüş bunun üçün ilkin şərtdirsə, ən məntiqlisi belə bir görüşün mümkün qədər asanlaşdırılmasıdır”.

Jurnalist rəsmidən bunun Bolqarıstanın Putinin təyyarəsi üçün hava dəhlizi verə biləcəyi demək olub-olmadığını soruşduqda Georgiyev qısa cavab verib: “Bəs sizcə, iştirakçılardan biri iştirak edə bilməyəcəyi təqdirdə görüş necə baş tutmalıdır”?

Xatırladaq ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) və Aİ səlahiyyətliləri Rusiya təyyarələrinin Aİ hava məkanı üzərindən uçmasına qadağa qoyub.

Bu o deməkdir ki, Rusiyada qeydiyyatdan keçmiş və ya Rusiya fərdləri və ya təşkilatları tərəfindən idarə olunan təyyarələrin havaya qalxmasına, enməsinə və ya Aİ-yə üzv ölkələrin hava məkanını keçməsinə icazə verilmir.

Bu qadağa təkcə aviasiya məhdudiyyətləri ilə deyil, həm də sanksiyalarla dəstəklənir: Rusiya şirkətləri tərəfindən icarəyə götürülmüş və ya nəzarət edilən Rusiya aviaşirkətləri və təyyarələri Aİ aerodromlarına və hava məkanına girişdən imtinaya məruz qalır.

Bu məhdudiyyətlər Putinin təyyarəsinə də aiddir. Hər bir uçuşa Aİ üzvü olan dövlət tərəfindən icazə verilməlidir və belə bir marşrut xüsusi istisnalar və ya həll yolları tələb edir.

Yeri gəlmişkən, Air Live daha əvvəl bildirmişdi ki, sanksiyalara görə Budapeştə gedərkən Putinin təyyarəsi 5 min kilometr məsafə qət edərək Avropa İttifaqının əksər ölkələrindən yan keçmək məcburiyyətində qalacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR