Onlayn ictimai-siyasi qəzet
APA informasiya agentliyi ötən həftə barəsində həbs qərarı çıxarılan Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı kimi tanınanların bir qisminin siyahısını yayıb.
Siyahıda XİN-in sabiq rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, Prezidentin sabiq sözçüsü Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, ABB-nin sabiq rəhbəri Cahangir Hacıyev, sabiq nəqliyyat naziri Ziya Məmmədov, Elton Məmmədov (Z.Məmmədovun qardaşı, sabiq millət vəkili), həmçinin millət vəkilləri Zahid Oruc, Məlahət İbrahimqızının və digərlərinin adları çəkilir.
Bəs Ramiz Mehdiyevin ardınca, onun komandasından kimlər həbs oluna bilər?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ