Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasına hazırlaşan "Araz-Naxçıvan" Rumıniyada keçiriləcək əsas mərhələ ərəfəsində heyətini gücləndirib.
Futzal üzrə ölkə çempionu "Neftçi"nin braziliyalı hücumçusu İaqo Enrike Pereyranı heyətinə qatıb.
27 yaşlı forvard ÇL-də millinin və "Araz-Naxçıvan"ın baş məşqçisi Yevgeni Kukseviçin rəhbərliyi altında çıxış edəcək. İaqo artıq Naxçıvan təmsilçisinin məşqlərinə qoşulub.
Qeyd edək ki, 7-ci qrupda yer alacaq “Araz-Naxçıvan” Rumıniyada keçiriləcək turnir çərçivəsində ilk matçını meydan sahibləri "Yunayted Qalati"yə qarşı keçirəcək. Matç 29 oktyabrda Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. "Araz-Naxçıvan"ın qrupdakı digər rəqibləri "Differdanj" (Lüksemburq) və "Tigers Roermond" (Niderland) olacaq. (fanat.az)
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ