Onlayn ictimai-siyasi qəzet
Ukraynanın vurduğu neft zavodu fəaliyyətini dayandırdı
Ötən gecə Ukraynanın dron zərbəsi endirdiyi Rosneft-in Rusiyanın Samara vilayətindəki Novokuybışevsk Neft Emalı Zavodu neft emalını dayandırıb.
Musavat.com xəbər verir ki, məlumatı Reuters iki sənaye insayderinə istinadən məlumat yayıb.
İllik gücü 8,3 milyon ton neft olan neft emalı zavoduna endirilənzərbə nəticəsində başlayan yanğın iki əsas ilkin emal qurğusunun dayandırılmasına səbəb olub: məhsuldarlığı gündə 18,900 ton olan AVT-11 və gündə 4,700 ton olan AVT-9.
Agentliyin mənbələri qeyd ediblər ki, 2024-cü ildə 1,1 milyon ton benzin və 1,6 milyon ton dizel yanacağı istehsal edən neft emalı zavodu noyabrın əvvəllərində fəaliyyətini bərpa edəcək.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ