Onlayn ictimai-siyasi qəzet
ABŞ-da “Boeing” tipli sərnişin təyyarəsi 11 kilometr hündürlükdə naməlum obyektlə toqquşub.
Musavat.com xəbər verir ki, Denver–Los-Anceles marşrutu üzrə uçan UA-1093 reysi 140 sərnişinlə birlikdə Solt-Leyk-Sitidə təcili eniş etməyə məcbur olub. Səbəb — təyyarənin ön şüşəsində yaranan dərin çat olub. Hadisə zamanı ekipaj komandiri də xəsarət alıb.
Mütəxəssislər ilkin araşdırmalar nəticəsində hadisənin kosmik tullantı və ya meteoritlə toqquşma nəticəsində baş vermiş ola biləcəyini istisna etmirlər. Alimlər yaxın günlərdə zərbə nəticəsində zədələnmiş şüşə və metal hissələrdən nümunələr götürərək təhlil aparacaqlar.
Qeyd olunur ki, hər il Yer planetinə təxminən 17 min meteorit düşür. Onların əksəriyyəti atmosferin yuxarı qatlarında parçalanır, lakin bəzən qalıqlar Yer səthinə qədər çatır. Məsələn, bu ilin iyun ayında Corciya ştatında göydən düşən meteorit parçası bir evin damını deşərək tavanın bir hissəsini dağıtmışdı.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ