Onlayn ictimai-siyasi qəzet
Ermənistanla Gürcüstan arasındakı Bavra sərhəd-keçid məntəqəsində yük maşını sürücüləri etiraz aksiyası keçiriblər.
Musavat.com xəbər verir ki, bu gün səhər saatlarından etibarən sürücülər Bavra keçid məntəqəsini tam bağlayıblar. Bundan əlavə, onlar Gogavan kəndi yaxınlığında Ermənistan-Gürcüstan magistral yolunun da hərəkətini dayandırıblar.
Etirazın səbəbi barədə rəsmi açıqlama hələlik verilməyib. Lakin ilkin məlumata görə, sürücülər gömrük məntəqələrində uzun növbələrin yaranması və yüklərin yoxlanması zamanı baş verən gecikmələrə etiraz edirlər.
Hazırda sərhədin bu hissəsində hərəkət məhduddur və vəziyyətin gedişatına dair əlavə məlumatlar gözlənilir.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ