Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Elgün Müslimov adlı şəxs polis tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, azərbaycanlının saxlanılmasına səbəb kimi onun dava etməsi göstərilir. Məlumata əsasən, tərəflər arasında dayanacaqda saxlanılan avtomobil üstündə mübahisə yaranıb.
Belə ki, Elgün Müslimov dayanacaqda qadınla mübarisə edib, əvvəlcə təhqirlər səslənib, bundan sonra qadın və onun nəvəsi Elgün Müslimovun üzərinə yeriyərək əllə itələyib. Buna cavab olaraq Elgün Müslimov da qadının nəvəsini arxaya itələyib.
Hadisədən sonra Müslimov polis tərəfindən saxlanılıb.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ