İnsanlara hürriyət, millətlərə istiqlal!

Səkinə İsmayılova Rübabə Muradova ilə qalmaqalından danışdı

Xalq artisti Səkinə İsmayılova mərhum SSR Xalq artisti Rübabə Muradova ilə yaşadığı qalmaqaldan danışıb. 

"Geriyə baxanda" proqramında qonaq olan müğənniyə aparıcı Günay Firudinqızının "Rübabə Muradova 50 yaşında Leyli obrazını oynayırmış. Bunu sizə həvalə ediblər və onun xətrinə dəyib. "Salam" verəndə onu belə almırmış" sözlərinə belə reaksiya verib:

"Təbidir... Teatra 21 yaşımda gəlmişdim. Həmin ərəfədə Rübabə Muradova, Zeynəb Xanlarova və Nəzakət Teymurova həmin rolu oynayırdı. Həmin ərəfədə Rübabə xanımın müəyyən yaşı var idi. Uzun müddət keçmişdi. O dövr üçün yeni hadisə idi ki, teatra gənc biri gəlib. Teatrda dəstək oldular. Arif babayev, Canəli Əkbərov və baba Mahmudoğlu tərəf müqabilim idi. Həmin Məcnunlar sənətdə sözlərini demişdilər. Mən rejissorun dediyini icra edirdim". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR