İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazilər İlham Əliyev üçün Bakı küçələrinə çıxdılar! Bəhruz MƏMMƏDZADƏ görün nələr dedi...

Xəbər verdiyimiz kimi, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. "Exit-poll"un ilkin nəticələrinə görə, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.

Musavat.com-un xəbərinə görə, nəticələr açıqlandıqdan sonra, paytaxt küçələrində vətəndaşlar küçələrə axışıb, Zəfər Seçkisinin nəticəsini qeyd edirlər.

Onlar arasında Vətən Müharibəsi iştirakçıları, qazilər də var.

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin sədri Bəhruz Məmmədzadə mətbuata açıqlamasında İlham Əliyevin qələbəsinin xalqımızın gələcəyi üçün uğurlu olacağını vurğulayıb.

“Bu seçki tamamilə fərqli idi. Zəfər Seçkisi idi. Bundan sonra ölkəmiz daha da güclənməyə başlayacaq” - o deyib.

Musavat.com görüntüləri təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR