İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaz qiymətləri 30 faizə qədər bahalaşacaq

Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayanması Avropanın 2025-ci ildə mayeləşdirilmiş təbii qaz (LNG) alışını demək olar ki, 16 faiz artırmasına səbəb olacaq.

Musavat.com xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarı ilə bağlı hesabatında əksini tapıb.

Hesabata əsasən Ukrayna ərazisindən qaz nəqli bərpa olunmasa Avropa bazarını tarazlaşdırmaq üçün 2025-ci ildə təxminən 21 milyard kubmetr) çox LNG almalı olacaq.

Bundan əvvəl IEA 2024-cü ildə ümumilikdə Avropanın LNG idxalını 18 faiz və ya 30 milyard kubmetr azaldacağını gözləyirdi.

Agentliyə görə, 2025-ci ildə Avropadakı TTF qaz qovşağında qiymətlər 2024-cü ilə nisbətən 30 faiz, ABŞ-dakı Henry Hub-da kotirovkalar isə 70 faizə qədər arta bilər. Buna Ukraynadan tranzitin dayanması ilə yanaşı, anbarları doldurmaq üçün daha çox qaza ehtiyacın yaranması, həmçinin maye qaz uğrunda Asiya ilə güclü qiymət rəqabəti səbəb olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR