İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qaz limiti ləğv edilməli və...” - Deputat xalqın tələbini səsləndirdi!

Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Naqif Həmzəyev əhalini narahat edən məsələlərdən biri barədə çağırış edib.


Musavat.com xəbər verir ki, deputat hökumətə xitabən qaz limitinin ləğv edilməsinin vacibliyindən danışıb.

O bildirib ki, hələ mart ayı olmasına baxmayaraq, əhalinin çoxu qaz limitini keçib: “Ona görə də təklif edirəm ki, növbəti illərdə qaz limiti ləğv edilməli və yeni tarifə keçilməlidir. Baş nazirin burada olmasından istifadə edərək, məsələyə baxılmasına ümid edirəm. Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olardı”.

Naqif Həmzəyev deyib ki, bu gün çox sayda sosial evlər tikilir, lakin həmin binalarda istixanalar yoxdur: “Mərkəzləşdirilmiş istixanalar əhalinin kommunal xərclərinin azalmasına səbəb olar və daha təhlükəsiz olduğunu düşünürəm”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR